Əksər bölgələrdə 6 saat internet olmayacaq

Nazirlik: Layihə sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədini daşıyır

Source:
Aztelekom
Aztelekom


Nazirlik: Layihə sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədini daşıyır

Avqustun 15-də Azərbaycanın əksər bölgəsində 6 saat internet olmayacaq. Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytı yayıb.

Məlumatda bildirilir ki, “Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.

Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Ona görə də Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.

Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.

Ana səhifəXəbərlərƏksər bölgələrdə 6 saat internet olmayacaq