Əkrəm Əylisli istintaqa çağırılıb

Vəkil Əkrəm Əylislidən başqa yerə getməmək barədə iltizam alındığını bildirib

Source:
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli


Vəkil Əkrəm Əylislidən başqa yerə getməmək barədə iltizam alınığını bildirib

Aprelin 6-da yazıçı Əkrəm Əylisli Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə çağırılıb.

Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov öz Facebook səhifəsində yayıb. Vəkilin sözlərinə görə, Əkrəm Əylisli əvvəlcə şübhəli şəxs qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edilib: “İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 15 sentyabr 1981-ci il təvəllüdlü Nihal Azər oğlu Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Nihal Azər oğlu Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə göymütül qançır yaranıb.

Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki və mənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirdi. İstintaq hələ davam edir”.

Vəkil Əkrəm Əylislidən başqa yerə getməmək barədə iltizam alındığını bildirib.

Meydan TV Nihal Seyidovla əlaqə saxlayıb. Ancaq o, ittihamlarla bağlı sualları dinlədikdən sonra yanlış zəng etdiyimizi söyləyərək telefonu qapadıb.

 Meydan TV-nin əldə etdiyi məlumata görə, Nihal Seyidov Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovun oğludur.

Ana səhifəXəbərlərƏkrəm Əylisli istintaqa çağırılıb