Əhsən Nuruzadəyə 10 sutka həbs cəzası verilib

Vəkil: “Ondan Taleh Bağırzadə və Milli Şura ilə əlaqələrinin olub-olmaması soruşulub”

Source:


Vəkil: “Ondan Taleh Bağırzadə və Milli Şura ilə əlaqələrinin olub-olmaması soruşulub”

Əhsən Nuruzadə 24 yanvar 2017-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham olunaraq 10 sutka həbs cəzası alıb. Bu barədə Meydan TV-ə Əhsən Nuruzadənin vəkili Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, “Bandotdel”də saxlanılan zaman ona Taleh Bağırzadə və Milli Şura ilə əlaqələrinin olub-olmaması, eləcə də İranla bağlı suallar verilib. Yalçın İmanov qeyd edib ki, Əhsən Nuruzadəyə 6 gün ərzində mənəvi işgəncə verilib və saxlanılarkən bütün prosessual hüquqlar pozulub.

Vəkil əlavə edib ki, Əhsən Nuruzadə barəsində olan cəza tədbiri haqqında məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.

Əhsən Nuruzadə Taleh Bağırzadənin tərəfdarı kimi tanınır. Onun 6 gün əvvəl “yoxa çıxdığı” barədə məlumat verilib. Ailəsi, yaxınları bu müddət ərzində onun haqqında məlumat ala bilməyiblər.Yalnız yanvarın 30-da onun Baş Mütəşəkkil Çinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlandığı bəlli olub.

Ana səhifəXəbərlərƏhsən Nuruzadəyə 10 sutka həbs cəzası verilib