Əhməd Altan

Mənbə: bonpourlatete.com

Başlıq: Əhməd Altan

Əhməd Altan azadlığa çıxıb

Türkiyənin Ali Məhkəməsi AİHM-in qərarını icra etdi

Türkiyə Ali Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “hüququn pozulması”qərarı ilə türkiyəli jurnalist, yazar Əhməd Altanı azad edib.

O, 4 il 6 ay idi ki, həbsdə idi.

Əhməd Altan və jurnalist Nazlı Ilıcak silahlı terror təşkilatına yardım etməkdə günahlandırılırdı.

Bu, Əhməd Altanın həbsdən sayca üçüncü dəfə sərbəst buraxılmasıdır.

Məhkəmə bu qərarını Əhməd Altanın həbsdə keçirdiyi vaxtı nəzərə alaraq verdiyini açıqlayıb və bunu Türkiyə "Cəza Qanunu"nun 220/7 maddəsi ilə izah edib.

Vəkili Figen Çalıquşu Əhməd Altanın sərbəst buraxıldığını təsdiqləyib.

O, dünya qanunları və dəyərlərinin tükənməz olduğunu bildirib: “Zorakılığı qanunla rəsmiləşdirdilər. Bu, tarixə düşəcək".

Əhməd Altanın qızı Sənəm Altan atasının azad edilməsi ilə bağlı qərarına belə reaksiya verib.

“Ağlaya, qışqıra, azadlıq deyə bağıra bilmirəm. Belə böyük sevincin başqalarının acılarına qarışdığı məmləkətdə yaşayırıq. Sağ əli ölkənin bütün acılarının başına. Xoş gəldin, Əhməd Altan. Bu dəfə, həqiqətən, gəl”, - deyə o bildirib.

Əhməd Altan Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş uğursuz çevriliş cəhdindən sonra başlanmış təqiblər dalğasında həbs olunmuşdu.

İstanbul Məhkəməsi 2018-ci il fevralın 16-da Əhməd Altan, Nazlı Ilıcak və daha 4 jurnalisti ömürlük həbsə məhkum etmişdi.

Onlar 2016-cı il 15 iyul uğursuz çevriliş cəhdində iştirakda və hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənlə əlbir olmaqda təqsirli biliniblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0bsi97

Ən çox baxılan