Əhalinin ərzaq xərci artıb

“Bir nəfərə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261 manatdır”

Source:

Ərzaq – foto: sosial şəbəkə
Ərzaq – foto: sosial şəbəkə


“Bir nəfərə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261 mana

tdır”

“2016-cı ildə ölkədəki pərakəndə ticarət şəbəkələrində 30.2 milyard manatlıq mal satılıb. Bu, əvvəlki illə müqayisədə 1.5 faiz çoxdur”, – Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatında belə deyilir.

Azadlıq radiosu yazır ki, 2016-dı ildə istehlakçılar 15.1 milyard manatlıq ərzaq alıb.

Beləliklə, 2015-ci illə müqayisədə ərzaq məhsulları, içki, tütün məmulatları 2.1, qeyri-ərzaq məhsulları isə 0.8 faiz çox satılıb.

Xərclənən vəsaitin 49.9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf olunub.

Bundan başqa, 17.4 faizi toxuculuq məhsullarına, geyimlərə, 6.3 faizi elektrik mallarına, mebellərə, 5.6 faizi avtomobil yanacağına, 1.4 faizi də əczaçılıq və tibb mallarına sərf edilib. Habelə, 0.8 faiz kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarına, 18.6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına xərclənib.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261 manat təşkil edib. Bu da 2015-ci ilin eyni göstəricisindən nominal ifadədə 36.1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130.3 manatlıq ərzaq məhsulları, içkilər, tütün məmulatları, 130.7 manatlıq da qeyri-ərzaq məhsulları alıb.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib. Manat dollara nisbətən iki dəfə dəyər itirib. 2016-cı ildə isə 1 dollar 1 manat 55 qəpikdən 1 manat 77 qəpiyə yüksəlib.

Ana səhifəXəbərlərƏhalinin ərzaq xərci artıb