Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib

İyunun 1-dən xəstəxanaya yerləşdirilən boksçu tənəffüs problemlərindən əziyyət çəkirdi və o, süni aparata qoşulmuşdu

Source:
Məhəmməd Əli
Məhəmməd Əli


İyunun 1-dən xəstəxanaya yerləşdirilən boksçu tənəffüs problemlərindən əziyyət çəkirdi və o, süni aparata qoşulmuşdu

İyunun 3-də əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-da 74 yaşında vəfat edib.

Məlumatı NBC News kanalı yayıb.

Bildirilir ki, Məhəmməd Əli son günlərini Arizona ştatının Finiks şəhərindəki xəstəxanaların birində keçirirmiş.

O, Kentukki ştatının Luisville şəhərində dəfn olunacaq.

İyunun 1-dən xəstəxanaya yerləşdirilən boksçu tənəffüs problemlərindən əziyyət çəkirdi və o, süni aparata qoşulmuşdu.

Bildirilir ki, Məhəmməd Əli 1984-cü ildən parkinson xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə boksçu aprel ayında ictimaiyyət qarşısına çıxıb.

Məhəmməd Əli 1942-ci ilin 17 yanvarında doğulub, 12 yaşından boksla məşğul olub. İlk dəfə 1960-cı ilin 29 oktyabrında yarışa çıxıb, 61 döyüşdə 56 qələbə qazanıb ki, onun də 37-i nokaut olub.

Məhəmməd Əli 1960-cı ildə Olimpiya çempionu, 1964-66, 1974-78-ci illərdə ağır çəkidə dünya çempionu olub və 5 dəfə “İlin boksçusu” elan edilib.

Ana səhifəXəbərlərƏfsanəvi boksçu Məhəmməd Əli vəfat edib