”Əfqan Sadıqov azad edilməli, əsassız ittihamlar ləğv olunmalıdır”

Beynəlxalq təşkilat jurnalistin həbsini pisləyir

Source:


Beynəlxalq təşkilat jurnalistin həbsini pisləyir

“Sərhədsiz reportyorlar” Cəlilabaddan sayt redaktoru Əfqan Sadıqovun 30 ay müddətinə həbs olunması barədə hökmü pisləyir. Bu hökmü yerli məhkəmə yanvarın 12-də açıq-aşkar qondarma qadını “döymə” ittihamı ilə çıxarıb, deyə təşkilatın bəyanatında bildirilir.

Turan xəbər agentliyi bildirir ki, Əfqan Sadıqov tez-tez Cəlilabadda və Azərbaycanın ona yaxın digər rayonlarında təsərrüfatsızlıq və insan hüquqlarının pozulması faktları, xüsusən, yolların pis vəziyyəti, infrastrukturun dəhşətli vəziyyətdə olması və dövlət vəsaitinin mənimsənilməsi haqqında yazan azel.tv saytının redaktorudur.

“Bu Avropa İnsan Hüquqları Konvensiyasında və Vətəndaş Hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda zəmanət verilmiş KİV azadlığı hüququnun daha bir kobud pozuntusudur”, deyə bəyanatda qeyd edilir.

“Əfqan Sadıqov azad edilməli, ona qarşı əsassız ittihamlar isə apellyasiya ilə ləğv olunmalıdır”.

Azərbaycan hakimiyyəti tənqidçi jurnalistləri və bloggerləri susdurmaq üçün qondarma ittihamlardan tez-tez istifadə edir. Rejimin qurbanları arasında Faiq Əmirov və Seymur Həzi də var.

“Jurnalistlər xaricə getdikdən sonra da hökuməti tənqid etməyə davam edirsə, hakimiyyət onların qohumlarını həbs edir”, deyə bəyanatda bildirilir.

Ana səhifəXəbərlər”Əfqan Sadıqov azad edilməli, əsassız ittihamlar ləğv olunmalıdır”