Əflatun Amaşov: “Azadlığ”a kömək etməyə hazırıq

“”Azadlıq” qəzetinin maliyyə problemləri ilə bağlı sentyabrın 6-da qəzet rəhbərliyi ilə söhbətimiz oldu”

Source:

“”Azadlıq” qəzetinin maliyyə problemləri ilə bağlı sentyabrın 6-da qəzet rəhbərliyi ilə söhbətimiz oldu”

Bunu “Turan” İnformasiya Agentliyinə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, müzakirə əsasında belə qərara gəlinib ki, “Azadlıq” qəzeti hesabdan pul götürə bilməkdən ötrü öz üzərinə düşən prosedurları yerinə yetirsin.

“Əgər problem yaranarsa, bu zaman biz də kömək etməyə çalışarıq”.

Ə.Amaşov qəzetin çapının dayandırılmasına səbəb olan borc məsələsinin müzakirə predmeti olmadığını deyib.

Avqustun 20-də “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli həbs edilib.

Bundan sonra qəzetin hesabından pul götürməsi ilə bağlı problem yaranıb. “Azadlığ”ın redaktorunun birinci müavini Rahim Hacıyev problemi belə izah etmişdi:

“Problemimiz yaranıb. Bank əməliyyatlarının aparılmasından ötrü əməkdaşlardan birinin imza nümunəsinin təsdiqi lazımdır. Yalnız bundan sonra bank əməliyyatları aparmaq mümkündür. Bu dəfə imza təsdiqinə imkan verilmədi, həmin sənədlərlə yeni imza təsdiqindən imtina etdilər. Əvvəllər dəfələrlə bu təcrübədən istifadə etmişik”.

Sentyabrın 6-da isə “Azərbaycan” nəşriyyatı qəzetin nəşriyyata olan 20 min manat borcuna görə, qəzetin çapından imtina edib.

Ana səhifəXəbərlərƏflatun Amaşov: “Azadlığ”a kömək etməyə hazırıq