Ədliyyə generalının Novxanıdakı villasını sökdülər

Xanlar Ələkbərov: “Mənim mülkiyyətimə ziyan vurursa, o zaman sıravi vətəndaşlar nə etməlidir, özlərini məmur özbaşınalığından necə qorumalıdır?”

Source:


Xanlar Ələkbərov: “Mənim mülkiyyətimə ziyan vurursa, o zaman sıravi  vətəndaşlar nə etməlidir, özlərini məmur özbaşınalığından necə qorumalıdır?”

“Mayın 15-də saat 17:12-də 10-dan çox polis işçisi, 5-6 mülki geyimli şəxs buldozerlə  gələrək Novxanıda tikilən bağ evimi sökməyə başladılar. Onlardan sənədlərini təqdim etmələrini və evi hansı əsasla sökdüklərinə açıqlama vermələrini xahiş etdikdə, həmçinin bu barədə məhkəmənin qərarının olub-olmadığını sorduqda heç kim mənə cavab vermədi. Mən onlara bildirdim ki, evin memarlıq-texniki və layihə sənədləri var və martın 31-də onları Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim etmişəm. Mən evə gedib sənədləri gətirənə qədər buldozerlə evin bir hissəsini dağıtdılar. Bu, eyni zamanda həm  də bağın hasarı idi. Evin tikintisi ilə bağlı sənədlərə baxandan sonra dedilər ki, səhv olub və çıxıb getdilər”.

Bu sözləri “Turan İA”a ədliyyə generalı Xanlar Ələkbərov deyib. Onun sözlərinə görə, özbaşınalıq 10-dan çox polisin gözlərinin qarşısında baş verdi: “Sual yaranır: əgər mən, ədliyyə generalı, hüquq elmləri doktoru, professor Azərbaycanda öz elementar hüquqlarımı qoruya bilmirəmsə, hakimiyyət nümayəndələrinin dəhşətli özbaşınalğının qarşısını ala bilmirəmsə; əgər polislər və İcra Hakimiyyətinin nümayəndələri bu cür həyasızcasına və ədəbsizcəsinə mənim bağ evimin ərazisinə soxulursa, konstitusiyanı  pozursa və mənim mülkiyyətimə ziyan vurursa, o zaman sıravi  vətəndaşlar nə etməlidir, özlərini məmur özbaşınalığından necə qorumalıdır? Mənə dəyən maddi zərəri kim ödəyəcək? Ən əsası hakimiyyət nümayəndələri tərəfindən belə vandalizm nəticəsində mənə vurulan mənəvi zərbəyə, təhqirlərə görə kim cavab verəcək?”.

Xalnar Ələkbərov DİN rəhbərinə və Prezident Administrasiyasına müvafiq şikayət göndərdiyini söyləyib.

Ana səhifəXəbərlərƏdliyyə generalının Novxanıdakı villasını sökdülər