Dustaq müalicə müəssisəsində vəfat etdi

“Elçin Rzayevin ölüm səbəbinin araşdırılması üçün meyiti Məhkəmə Tibbi Ekspertizasına təqdim olunub”

Source:


“Elçin Rzayevin ölüm səbəbinin araşdırılması üçün meyiti Məhkəmə Tibbi Ekspertizasına təqdim olunub”

2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elçin Əjdər oğlu Rzayev 30 sentyabrda Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Meydan TV-yə ölüm hadisəsinin baş verdiyini təsdiqləyib.

O bildirib ki, Elçin Rzayevin ölüm səbəbinin araşdırılması üçün meyiti Məhkəmə Tibbi Ekspertizasına təqdim olunub. “Onların rəyinə əsasən istintaq orqanları hərəkət edəcək”- deyə İftixar Qurbanov deyib.

Meydan TV-yə cəzaçəkmə müəssisəsindən məlumat ötürülüb ki, dustaq bir neçə gün əvvəl döyülüb və bunun nəticəsində müalicə müəssisəsinə köçürülüb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Ana səhifəXəbərlərDustaq müalicə müəssisəsində vəfat etdi