Dünyanın harasında narkomanlar “əsgər ölümlərinə son” deməklə məşğuldur?

Ömər Məmmədovun məhkəməsi iyulun 4-də keçiriləcək

Source:

Ömər Məmmədovun məhkəməsi iyulun 4-də keçiriləcək

İyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Ömər Məmmədovun məhkəməsi keçirilib.

Prosesdə çıxış edən vəkil Əlayif Həsənov Ömərin həbsinin siyasi sifariş olduğunu bir daha vurğulayıb: “Möhtərəm hakim, necə oldu ki, bütün bu həbs olunan aktivistlər, nidaçılar və digərləri hamısı narkoman oldular? Yəni narkomanlar yalnız ölkədəki proseslərə münasibət bildirmək, “əsgər ölümlərinə son” deməklə məşğuldur? Dünyanın harasında belə bir narkoman qurumu var? Bu, nə qədər məntiqlidir?”

Vəkil həmçinin, hakimin  işlə bağlı qaldırılan vəsatətləri təmin etməməsindən şikayətlənib.

Ö.Məmmədova son sözü iyulun 4-ü saat 15:00-a təyin edilib.

Ana səhifəXəbərlərDünyanın harasında narkomanlar “əsgər ölümlərinə son” deməklə məşğuldur?