Dünyanın ən yaxşı aviaşirkətləri hansılardır?

AZAL ən yaxşı aviaşirkətlər arasında 71-cidir

Source:

“Azərbaycan Hava Yolları” (AZAL) dünyanın ən yaxşı 100 aviaşirkətindən biridir.

Britaniyanın “Skytrax” konsaltinq şirkətinin yeni açıqlanmış reytinq cədvəlində belə deyilir.

AZAL sıralamada 71-ci yerdədir. 2016-cı ilin reytinqində isə 70-ci yerdə idi.

MDB ölkələri arasında “Aeroflot” 30-cu (2016-cı ildə 40-cı), “Air Astana” 46-cı (2016-cı ildə 43-cı) yeri tutub.

“Qatar Airways” bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib və “World Airline Awards” mükafatını alıb.

İlk üçlükdə “Singapore Airlines” və Yaponiyanın “ANA All Nippon Airways” qərarlaşıb. Azərbaycana uçan şirkətlərdən “Lufthansa” 7-ci, “Turkish Airlines” 12-ci yerdədir.

“World Airline” aviasənayedə ən prestijli mükafat sayılır. Onun verilməsindən ötrü 105 ölkədən 20 mln. sərnişinin rəyinin soruşulduğu deyilir.

Araşdırma 2016-cı ilin avqustundan 2017-ci ilin mayına kimi aparılıb.

AZAL-ın təyyarə parkı 25 hava gəmisindən ibarətdir. Onların sırasına iki “Boeing 787-Dreamliner”, habelə “Boeing 767” və “Boeing 757” təyyarələri daxildir.

Şirkət iyunun 20-də daha dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almağa hazırlaşdığını açıqlamışdı.

Ana səhifəXəbərlərDünyanın ən yaxşı aviaşirkətləri hansılardır?