”Dünyanın 100 qadını” arasında azərbaycanlı jurnalistin də adı var

Xədicə İsmayılın adı tanınmış 100 qadın arasında

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl


Xədicə İsmayılın adı tanınmış 100 qadın arasında

BBC-2016-cı ildə dünyada tanınmış 100 qadının siyahısını açıqlayıb.

Dünyanın müxtəlif ölkələrini əhatə edən bu siyahıya mədəniyyət, din, elm və texnika, biznes, səhiyyə, idman, insan haqları, jurnalistika və siyasi sahələrdə çalışan və mübarizə aparan tanınmış qadınların adları düşüb.

Siyahıda azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayıl da var.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.

X.İsmayıl ittihamları rədd edir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Onunla yanaşı BBC-nin siyahısında irqçiliyə qarşı mübarizə aparan ABŞ-lı pedaqoq, fəal və feminist Jane Elliott, Fransada müsəlman qadınlar və azlıqlara yol açan keçmiş ədliyyə naziri Rəşidə Dati, Rusiya xarici işlər nazirliyinin sözçüsü, siyasi xadim və diplomat Mariya Zaxarova, Bəlucistanın Pakistandan ayrılaraq müstəqil olması uğrunda mübarizə aparan siyasi fəal Karima Baloch kimi tanınmış qadınların adları var.


Tərcümə: Azadlıq Radiosu

Ana səhifəXəbərlər”Dünyanın 100 qadını” arasında azərbaycanlı jurnalistin də adı var