Dünyada istehsal olunan qidaların 17 faizi atılır

Foto: “news.un.org”dan screenshot

BMT dövlətləri ərzaq məhsullarının yenidən bölüşdürülməsi üçün əməkdaşlığa çağırır

Yer kürəsində istehsal olunan qidaların hər il 17 faizi atılır. Həmçinin dünyada 783 milyon insan, yəni dünya əhalisinin 10 faizi daimi aclıqla üz-üzədir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının dünyadakı qida tullantıları ilə bağlı hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, hər insan ildə lazım bilmədiyi 79 kiloqrama qədər ərzaq məhsulu atır.
Bu, ABŞ sakinləri üçün 159, avropalı üçün 65 kiloqram arası dəyişir. Rusiyada bu rəqəm 56 kiloqramdır. Nəticədə tullantı ərzaqların miqdarı ilbəil artır.

Məsələn, 2022-ci ildə ərzaq tullantılarının ümumi həcmi 1.05 milyard ton olub ki, bu da bir gündə hardasa 1 milyard nəfərin yemək miqdarıdır.

BMT bildirir ki, ərzaq tullantıları yalnız varlı ölkələrin problemi deyil. Yüksək, orta və aşağı gəlirli ölkələr üçün də keçərlidir.

“Dünyada ərzağın təxmini beşdən bir hissəsinin atılması həm israfçılıqdır, həm də qida tullantılarının miqdarını artırır. Bu isə ətraf mühitə zərər verir, iqlim dəyişikliyinə gətirir. Çürüyən qida tullantılarından ayrılan qaz atmosferə zərərdir”.

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Anderssenun sözlərinə görə, bu gün dünyada milyonlarla insan acdır. Bunun müqabilində insanların əksəriyyəti qidanı tullayır.
BMT dövlətləri ərzaq məhsullarının yenidən bölüşdürülməsi üçün əməkdaşlığa çağırış edir.

Ana səhifəDünyaDünyada istehsal olunan qidaların 17 faizi atılır