Dünya mətbuatı Putindən yazdı

”Məncə, bunun ən asan yolu özünü ömürlük prezident elan etmək olacaq”

Source:
Vladimir Putin
Vladimir Putin


”Məncə, bunun ən asan yolu özünü ömürlük prezident elan etmək olacaq”

Martın 18-də Rusiyada prezident seçkiləri keçirilib və prezident Vladimir Putin yenidən qalib gəlib. O, 4-cü dəfə 6 il müddətinə ölkəyə rəhbərlik edəcək.

Dünya mətbuatı keçirilən seçkilərlə bağlı yazıb.



“The Guardian”: Onu Putin 4.0 adlandırırlar

“The Guardian”

yazır

ki, Vladimir Putinin dördüncü müddətə prezident seçiləcəyinə heç kim şübhə etmirdi. İndi Qərbdə onu bəziləri Putin 4.0 (nömrə 4) adlandırırlar.

Qəzet yazır ki, ötən 6 il Rusiya və Qərb arasında münaqişəni daha da dərinləşdirib. Lakin buna baxmayaraq, Putin özünün 3-cü müddətindən 2012-ci ildə olduğundan daha güclü çıxa bilib.

O Rusiyanın böyüklüyünü bərpa etməyə çalışdığını bəyan edərək, bu yolda hətta Krımın ilhaqı kimi ziddiyyətli addımlara əl atıb və bütün opponentlərinə qalib gəlib.

Lakin indi Kremlə yaxın olan mənbələr də təsdiq edirlər ki, Putinin bu müddətdəki əsas vəzifəsi özü üçün çıxış variantı hazırlamaq olacaq.

Moskvadakı Karneqiye Mərkəzindən jurnalist və təhlilçi Konstantin Gaaze bildirir ki, Putinin növbəti müddət üçün ən böyük vəzifəsi özünün və onu əhatə edən böyük bir insan dəstəsinin gələcək üçün təhlükəsizliyini təmin etmək olacaq.

“Məncə, bunun ən asan yolu özünü ömürlük prezident elan etmək olacaq”, – Gaaze deyib.

“The Guardian” yazır ki, 2007-ci ildə Putin Medvedevi öz xələfi seçəndə Rusiya elitası müəyyən bir məqamda ümidini ona bağladı. Elitaya belə gəlmişdi ki, Medvedevi dəstəkləyə bilər.

Gaazenin fikrincə, indi sadəcə olaraq hamıya elə gəlir ki, onu əvəz edəcək heç kim yoxdur.

“The Guardian” yazır ki, Putinin hakimiyyətdə olduğu 18 ilin hər biri fərqli olub.

2000-ci ildən 2008-ci ilədək davam edən dövrdə o əsas etibarilə yüksək neft qiymətlərindən və rusiyalıların həyat tərzinin yüksəlməsindən faydalanıb.

Bu müddətdə o, oliqarxların və müxalifətin üstünə düşüb.

O sanki elektoratla yazılmamış müqavilə imzalamışdı: “Mən iqtisadiyyatı düzəldəcəyəm. Siz siyasətdən kənar dayanın”.

“Medvedevin prezident olduğu 4 il Rusiya üçün uğursuz zaman idi. Rusiya bu dövrdə NATO-nun Liviyaya müdaxiləsinə yol verdi və 2011-ci ildə saxtalaşdırılmış seçkilərə görə böyük küçə nümayişləri keçirildi.

Məhz bu məqamda Putin və Medvedev açıq-aşkar toqquşdular.

Bundan sonra şəhərlərdəki orta sinif tərəfindən dəstəklənən etiraz aksiyaları oldu. Bu şərait Putin 3.0-ı, yəni 3 nömrəli Putini formalaşdırdı.

O vaxt Moskva Karneqiye Mərkəzindən Aleksandr Baunov “Slon” portalında yazırdı ki, Putin elitadan üz çevirərək sosial baxımdan mühafizəkar hərəkatlara və fəhlə sinfi populizminə meyl etdi.

Qoy cəhənnəm olsun bu elita, – yazırdı Baunov, – Biz indi yalnız sadə insanlara, fəhlə kütlələrinə arxalanırıq”.

Bunun ardınca 2014-cü ildə Krımın ilhaqı və Putinin Qərblə kəllələşməsi başlandı. Bu onun populyarlığının yüksəlməsinə səbəb oldu” – məqalədə qeyd olunur.

Belə görünür ki, indi Putin həmin platformadan düşmək fikrində deyil.

7 il əvvəl o Münhen konfransında demişdi ki, ABŞ-ın hegemonluğuna qarşı çıxacaq.

Putin özünün illik hesabatını edəndə və bu çıxışın yarısını Rusiyanın nüvə arsenalının modernləşdirilməsinə həsr edərək, yeni tip raketləri göstərəndə, bu, bəziləri üçün Münhenin əks-sədası kimi səslənmişdi.

Millətçi-vətənpərvər “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Smirnov yazırdı: “Putin özünün Münhen çıxışını yenicə başa vurdu. Bu çıxış planet üçün yeni davranış qaydalarını təsbit etdi”.

Rusiyada seçki siyasəti çox qeyri-rəqabətlidir. Əsl siyasət demək olar mövcud deyil.

Bəziləri ümid edirlər ki, bundan sonra Kremlə təhlükə yaratmayan gənc siyasətçilər ordusu yetişəcək.

Gaaze deyir ki, bu, siyasəti siyasətsizləşdirmək cəhdidir.

“Daha siyasi hakimiyyət uğrunda mübarizə olmayacaq. Yalnız bir ölkə naminə könüllülük və xidmət olacaq. Hakimiyyətdə olanlara belə gəlir ki, bu, sakitlik yaradacaq”, ekspert

yazır

 (Tərcümə “BBC-Azərbaycanca”-nındır).



“Frans Pres”: Prezidentin yolundakı beş əngəl

“Frans Pres” agentliyi isə

yazır

ki, o, nəhayət, ölkə iqtisadiyyatını dirçəltmək vədlərini yerinə yetirmək yolunda irəliləyə biləcək.

“2015-2016-cı illərdəki azalmadan sonra durum sabitləşsə də, artımla bağlı proqnozlar 1-2 faiz civarındadır, yəni Kremlin hədəflərindən aşağıdır. Bəs prezidentin yolundakı əsas beş əngəl hansıdır?



İşçi qüvvəsinin çatışmazlığı

Putin elə seçki kampaniyası boyunca ailə siyasətinin ən vacib məsələsinə dəfələrlə toxunub.

Hazırda Rusiyanın 146,9 milyon əhalisi var və 1991-ci ildən bəri beş milyondan çox sakinini itirib. Bu, Sovet İttifaqının çöküşündən sonrakı ciddi demoqrafik böhranın fəsadıdır.

Postsovet illərində doğulmuş ilk nəsil əmək bazarına indi daxil olmaqdadır. O vaxt ölkədə doğum səviyyəsində düşüş varıydı və bu, özünü keyfiyyətli işçi qüvvəsi çatışmazlığında, sonucda iqtisadi artımın tormozlanmasında göstərəcək.

Bu yeni nəsil dünyaya uşaq gətirmə yaşına da çatır.

“Gələn 10-15 ildə daha az gəncimiz olacaq, buna görə də yaxşı bacarıqları olan gənc mütəxəssis qızıla bərabər olacaq”, – keçmiş maliyyə naziri Alexei Kudrin bu yaxınlarda deyib.



Təqaüd yaşı

Rusiyada pensiyaya çıxmaq yaşı qadınlar üçün 55, kişilər üçün 60-dır və bu, dünyada ən aşağı səviyyə sayılır.

Dövlətin verdiyi təqaüdün çox aşağı olmasına baxmayaraq, demoqrafik çöküşü nəzərə alanda, bu sistem yenə də federal büdcə üçün artan yükə çevrilməkdədir.

Putin dəfələrlə deyib ki, islahatlar vacibdir, ancaq onların zamanının hələ çatmadığını da vurğulayıb.

Kudrin kimi liberallar təqaüd yaşının tədricən 63-ə qaldırılmasına tərəfdardırlar, amma “Frans Pres” yazır ki, bu məsələyə girişmək ölkədə narazılıq yarada bilər, çünki təqaüdçülər adətən, təqaüdlə çətinliklər dolanırlar.



İnvestisiya cəlbi

Putin iqtisadi konfranslarda xarici investorlara vəd edir ki, ölkədə biznes mühitini yaxşılaşdıracaq. Bu mühiti bürokratiya və bəzi hallarda ədalətsiz məhkəmə iddiaları kölgələyir.

“Rusiya daha çox xarici investisiya cəlbindən ötrü əlverişli rəqabət mühiti yaratmalı, bürokratiyanı azaltmalıdır”, – “Macro Advisory” konsultasiya firmasının təsisçisi Kris Vifer (Chris Weafer) deyir.

“Xarici investisiyaya ehtiyac Kremlin ABŞ tərəfdən sanksiyaların güclənməsinə cavab verməməsinin səbəbidir; o, xarici investorların Rusiyaya gəlişini daha da çətinləşdirmək istəmir”, – o söyləyib.



Diversifikasiya

Putinin prezidentliyinin ilk iki dövründə – 2000-2008-ci illərdə enerji qiymətlərinin yüksəkliyi iqtisadi artımı gücləndirdi. Bu iqtisadi model daha özünü doğrultmur, axı, karbohidrogenlə zəngin Rusiya onların qiymətlərindəki tərəddüdlərdən asılı qalır.

İqtisadiyyat “struktur baxımından xammal sektorundan asılıdır və bu, artıma mənfi təsir göstərir”, – “Alfa Bank” bildirir.

Viferin fikrincə, bu asılılığı aradan qaldırmaqdan ötrü kiçik biznesə yatırım qoyulmalı, sahibkarlara vəsait ayırmalıdır. Onun sözlərinə görə, Rusiya “robotlaşdırmaya, smart texnologiyaya, süni zəkaya” investisiyanı həvəsləndirməlidir.

Nə əldə oluna bilər? Moskvanın Ali İqtisadiyyat Məktəbinin birinci vitse-rektoru Lev Cakobson (Jakobson) deyir ki, “kənd təsərrüfatı sektorunda təsirli artım” qazanıla bilər. Son illər bu sektorda məhsul yığımı və ixracda rekord göstəricilər əldə olunur.



Məhsuldarlığı artırmaq

“İqtisadiyyat çox səmərəsizdir. Bunun bir səbəbi sovet sistemidir, digər səbəb 2000-13-cü illərdə neft sərvətindən asanlıqla əldə olunan artımdır”, – Vifer deyir və əlavə edir ki, bir sıra qüsurlar aradan qaldırılsa, artım da güclənər.

Vifer neft sektorunu misal çəkir. 2014-cü ilin avqustunda Ukrayna böhranından dolayı qoyulan sanksiyalara, qiymətlərin düşməsinə baxmayaraq, hasilat günə 740 min barel artdı.

“Bu sənaye daha səmərəli və innovativ olmağa məcbur qaldı”, – o bildirir.

Hökumət böyük şirkətlərin modernləşdirilməsindən ötrü bir neçə özəlləşdirmə planı tətbiq edib. Amma son illər dövlətin iqtisadiyyatda payı daha da güclənib, dövlət kapitalı sayəsində “Rosneft” şirkəti xeyli böyüyüb (Tərcümə

Azadlıq Radiosunundur

).

Ana səhifəXəbərlərDünya mətbuatı Putindən yazdı