Dünya Bankı Azərbaycana struktur islahatları aparmağı tövsiyə edir

”Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə uyğunlaşmaqla bağlı çətinliyə məruz qalıb”

Source:
Larisa Leşçenko
Larisa Leşçenko


”Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə uyğunlaşmaqla bağlı çətinliyə məruz qalıb”

Dünya Bankı Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozunu dəyişə bilər.

“APA-Economics” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko bildirib.

L. Leşçenko Azərbaycana neft ehtiyatlarından asılılığa son qoymağı və struktur islahatlar aparmağı tövsiyə edir: “Hal-hazırda 2016-cı il üçün Azərbaycanla bağlı iqtisadi inkişaf proqnozunun 0,8 faiz olmasına baxmayaraq, bu rəqəm dəyişə bilər. Bank sektorundakı aparılan konsolidasiya və neft qiymətlərinin aşağı düşəcəyi ilə bağlı gözləntilər ölkə üzrə iqtisadi proqnoza əhəmiyyətli dərəcədə təsir edən əsas amillərdir”.

O əlavə edib ki, Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə uyğunlaşmaqla bağlı çətinliyə məruz qalıb, lakin iqtisadiyyatın diversifikasiyası üçün də əhəmiyyətli imkanlar yaranıb: “Ümumilikdə, kənd təsərrüfatı, sahibkarlıq kimi ticarət sektorları milli valyutanın zəifləməsindən yararlana bilər”.

Menecerin sözlərinə görə, Dünya Bankı hal-hazırda özəl sektorun yeni inkişaf modelinə nail olmaq və ölkənin xarici şoklara qarşı davamlılığının artırılması üçün orta və uzun müddətli tədbirlərin görülməsi ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır. “Biz bilirik ki, hökumət struktur islahatlarla bağlı hərtərəfli proqramı təkmilləşdirir və Dünya Bankı da lazımı dəstəyi göstərmək üçün həmişə hazırdır”, – deyə o vurğulayıb.

Ana səhifəXəbərlərDünya Bankı Azərbaycana struktur islahatları aparmağı tövsiyə edir