DTX: Silahlı münaqişədə iştirak etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Amil Əhmədovun sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçdiyi qeyd olunub.

Source: Specify Source

Amil Əhmədoov adlı şəxsin Suriyada xüsusi hazırlıq keçdiyi iddia olunur

“Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Suriyada silahlı münaqişələrdə iştirak etdiyi iddia olunan Amil Əhmədov saxlanılıb.

Amil Əhmədovun həbs əməliyyatı sentyabrın 7-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.

Məlumatı DTX

yayıb

.

Qurumun məlumatında bildirilib ki, Azərbaycan vətəndaşı Amil Əhmədov 2016-2019-cu illərdə Suriyada olub:

“O, ölkədən kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriyanın Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib. Nəticədə müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib”.

Amil Əhmədovun sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçdiyi qeyd olunub.

DTX Amil Əhmədovun Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğunu, barəsində həbs- qətimkan tədbiri seçildiyini bildirib.

Şübhəli şəxs haqqında ətraflı məlumat verilməyib. Meydan TV adıçəkilən şəxsin yaxınları və ya vəkili ilə əlaqə yarada bilməyib.

Ana səhifəSiyasətDTX: Silahlı münaqişədə iştirak etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb