DTX Rəhim Qazıyevi saxlayıb

Onun paylaşımları Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etmək kimi qiymətləndirilib.

Source: google.az


Sabiq Müdafiə naziri dövlət əleyhinə açıq çağırışlar etməkdə və təxribatda ittiham olunur

Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyev haqqında cinayət işi açılıb və o, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.


Məlumat

ı DTX yayıb. O, Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə ittiham olunur.

Saxlanılmağa əsas kimi, iyulun 12 və 13-də Rəhim Qazıyevin sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə həqiqətə uyğun olmayan xəbərlər yayması göstərilib.

Onun paylaşımları Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etmək kimi qiymətləndirilib.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 4 əsgərinin öldüyünü, 4 nəfərin yaralandığını bildirib. Nazirlik sonradan həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin həyatını itirdiyini qeyd edib.

Rəhim Qazıyev "AzFreedom" internet kanalında iyulun 12-də atəşkəsin pozulması nəticəsində Azərbaycanın 12 əsgərinin həlak olduğunu və çoxlu hərbçinin yaralandığını deyib. O, dövlət başçısı İlham Əliyev haqqında ittihamlar səsləndirib.

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın Müdafiə naziri olub. 1993-cü ilin noyabrında həbs edilib. 1994-cü ilin sentyabrında MTN-da saxlanılan Rəhim Qazıyev, Arif Paşayev, Baba Nəzərli, Əlikram Hümbətov təcridxananın əməkdaşı Faiq Mirzəyevin köməkliyi ilə qaçıb. 12 may 1995-ci ildə Rəhim Qazıyev üç maddə ilə (Külli miqdarda dövlət əmlakını talamaq, Vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib. Rəhim Qazıyev 1996-cı il aprelində Moskvada saxlanılaraq Bakıya həbsxanaya qaytarılıb.

Rəhim Qazıyev 2004-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə əfv olunub.

Ana səhifəSiyasətDTX Rəhim Qazıyevi saxlayıb