DTX-nın Qaxda əməliyyat keçirdiyi, icra başçısının saxlanıldığı deyilir

İlham Əliyev və Musa Şəkiliyev – Foto: Azertac

Onlar barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaxda əməliyyat keçirdiyi, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsinin saxlanıldığı bildirilir.

“Report” yazır ki, onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.

Hazırda DTX-nın istintaq hərəkətlərini davam etdirdiyi deyilir.

Musa Şəkiliyev 15 il ərzində Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş, hazırda isə Baş nazirin köməkçisi olan Əhməd Əhmədzadənin xalası oğludur.

Digər xalası oğlu isə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.

Musa Şəkiliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ana səhifəTövsiyəDTX-nın Qaxda əməliyyat keçirdiyi, icra başçısının saxlanıldığı deyilir