DTX ər-arvadı dövlətə xəyanətdə ittiham edir

Hər iki şəxsin Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildiyi vurğulanıb.

Source: Архив


Abbasquliyevlərin xarici xidmət orqanları ilə məxfi əməkdaşlıq etdiyi bildirilir

Dövlət Təhlükəsizlik Xidməti (DTX) dövlətə xəyatən ittihamı ilə ər-arvadı həbs edib.

Qurumun yaydığı məlumatda deyilir ki, Həbib və Lamiyə Abbasquliyevlər məxfi əməkdaşlığa cəlb ediliblər.

Onların harada çalışdıqları bildirilmir. Şəxslər haqqında ətraflı məlumat yoxdur.

Dövlət Təhlükəsizlik Xidməti müəyyən edib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyinin zərərinə fəaliyyət göstərib. İttihama görə, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Hər iki şəxsin Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildiyi vurğulanıb.

Ana səhifəSiyasətDTX ər-arvadı dövlətə xəyanətdə ittiham edir