DTX “Cundul Şam” üzvünü həbs etdiyini deyir

Source:

Bəxtiyar Şıxıyevin Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçdiyi bildirilib

Dövlət Təhlükəsizlik Xidməti 33 yaşlı Azərbaycan vətəndaşı Bəxtiyar Şıxıyevi həbs edib. Qurumun yaydığı məlumata görə, onun Suriyadakı “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin üzvü olmasına əsaslı şübhələr var.

1989-cu il təvəllüdlü B.Şıxıyev terror aktlarının törədilməsində, dini düşmənçilik, radikalizm və fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etməkdə günahlandırılır.

DTX onun müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçdiyini bildirib.

Məlumatda Bəxtiyar Şıxıyevin barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub:

“O təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

DTX B.Şıxıyevin doğulduğu ərazi, ailəsi və təhsili barəsində əlavə məlumat yaymadığından şəxsin yaxınlarının münasibətini öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərDTX “Cundul Şam” üzvünü həbs etdiyini deyir