Sərhədi pozan şəxsin ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir
Ermənistanın kütləvi informasiya vasitələri martın 15-dən 16-na keçən gecə Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayıb.
Azərbycan Dövlət Sərhəd Xidməti
(DSX) məlumatı təsdiqləyib. DSX-nın yaydığı açıqlamada bildirilir ki, martın 15-dən 16-na keçən gecə ölkə ərazisindən qarşı tərəf istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29 oktyabr 1986-cı il təvəllüdlü Elvin Arif oğlu İbrahimov olması müəyyən olunub.
Məlumatda o da qeyd edilir ki, araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.