DSX: “Ermənistanın hərbi qulluqçusu Zəngilana keçərkən saxlanılıb”

Foto: Zef art/Shutterstock

“Təxribat-diversiya qrupu Azərbaycanı dövlət sərhədinin pozmağa cəhd edib”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Eduard Matirosov ad-soyadlı şəxsi saxlayıblar.

DSX-nın yaydığı məlumata görə, bu şəxs Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur və Zəngilan rayonuna keçərkən saxlanılıb.

Hadisə aprelin 23-də baş verib.

DSX bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu Azərbaycanı dövlət sərhədinin pozmağa cəhd edib:

“Onların irəliləməsinin qarşısı alınıb, diversantlar geri çəkilməyə məcbur edilib”.

Ermənistan tərəfi hələlik hadisə ilə bağlı hər hansı məlumat yaymayıb.

Ana səhifəSiyasətDSX: “Ermənistanın hərbi qulluqçusu Zəngilana keçərkən saxlanılıb”