35 sayli Xətai III Dairə Seçki Komissiyasının (DSK) sədri İmran Hüseynəliyev bədbəxt hadisə ilə üzləşib
“Report”un xəbərinə görə, o, DSK-da keçirilən iclasdan sonra Seçki Dairəsinin inzibati binasından çıxarkən özünü piss hiss edərək yıxılıb.
İ.Hüseynəliyev “Təcili tibbi yardım” maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkim müayinəsi zamanı DSK sədrinin aldığı xəsarətlərin ciddi olmadığl məlum olub. Ona lazımi tibbi yardım göstərilib.