“Görəsən bu adamlar hələ də anlamırlar ki, seçkidə namizəd olmaq vəzifə deyil, hüquqdur?!”
15 saylı Yasamal birinci seçki dairəsinin rəhbərliyi Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 1 noyabr parlament seçkilərində namziədliyini geri götürmək haqda ərizəsini qəbul etməyib. Bu barədə İsa Qəmbər öz Facebook səhifəsində yazıb.
İsa Qəmbər bildirib ki, 2015-ci il seçkilərində bir sıra “ilk”lər oldu: TV çıxışlarının yasaqlanması, verilmiş imzalardan kütləvi imtina etdirmə kampaniyası və s. İndi isə rejim daha bir “şedevr” yaratdı: namizədə seçkidə iştirakdan imtinanın yasaqlanması: “Görəsən bu adamlar özlərinin seçki məcəlləsini oxuyublar?! Görəsən bu adamlar hələ də anlamırlar ki, seçkidə namizəd olmaq vəzifə deyil, hüquqdur?! Rejimə daha bir hüquq dərsi keçməli olacayıq. Olsun!”.