“İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir”
Dövlət Sərhəd Xidmətinin (DSK) Sərhəd Qoşunlarının baş çavuşu Canmirzə Şirəliyevin intihar etdiyi bildirilir.
Hadisənin mayın 26-da baş verdiyi haqda məlumat yayan DSK qeyd edib ki, Horadizdə qulluq edən C.Şirəliyev xidmət yerindən kənarda intihar edib.
“İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir”- deyə DSK bildirib..
Olayla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirlərinin həyata keçirildiyi vurğulanıb.