DSK: Bakıda qazdan daha çox istifadə olunur

Qaz sayğacı. Foto: Meydan TV

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 faizi istehsal ehtiyaclarına sərf edilib

Azərbaycanda ən çox qaz Bakıda istifadə olunur. Bu ilin ilk altı ayında ölkə ərazisində 2420,4 milyon kubmetr qaz istehlak olunub.

Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz azdır. Rəqəmin böyük hissəsi – 37,9 faizi Bakının payına düşüb. İkinci yerdə 11.7 faizlə Abşeron-Xızı gəlir. Sonrakı yerdə isə 6 faizlə Gəncə-Daşkəsən.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Bildirilir ki, ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21870,9 milyon kubmetr olub. Təbii qaz üzrə ehtiyatların 27,5 faizi ölkə daxilində istehlak edilib, 59,8 faizi ixrac olunub, 2,5 faizi itkiyə gedib. Yerdə qalan 10,2 faiz isə iyulun əvvəlinə ehtiyat kimi qalıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 faizi istehsal ehtiyaclarına sərf edilib. Qalan 40,2 faizi isə əhaliyə satılıb. 2024-cü ilin yanvar-iyun aylarında 13079,6 milyon kubmetr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox təbii qaz ixrac edilib.

Ana səhifəSosialDSK: Bakıda qazdan daha çox istifadə olunur