Milli TeleRadio Şurası (MRTŞ) yanvarın 10-da keçirdiyi iclasda başqa məsələlərlə bərabər ANS-in «Adam içində» verilişində
«cin çıxarılma»
sını da müzakirə edib.
Sözügedən verililşdə «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.1; 32.0.9; 35.11-ci maddələrinin, «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar»ın 2.4-cü bəndinin tələbləri pozulub. Buna görə də MRTŞ «ANS Müstəqil Yayım və Media Şirkəti»nə xəbərdarlıq edib.