Döyülən vəkil polis bölməsinin fəaliyyətinin yoxlanılmasını istəyir

Vəkillər Kollegiyasının üzvü olduğumu bilə-bilə polis zabitləri məni döyüb, azadlıq hüququmu məhdudlaşdıraraq müvəqqəti saxlama yerinə salmağa cürət edirlərsə, hər hansı bir cinayətdə adı keçən şəxslərə qarşı necə davrandıqları hesab edirəm ki, hamıya aydındır.

Source: google.az


Orxan Kəngərli: ''Vəkillər Kollegiyasının üzvü olduğumu bilə-bilə polis zabitləri məni döyübsə, digər şəxslərə qarşı necə davrandıqları hesab edirəm ki, hamıya aydındır''

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində döyüldüyü bildirilən vəkil Orxan Kəngərli açıqlama yayıb.

Orxan Kəngərli polis şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpa olunacağına və günahkarların ən ağır şəkildə cəzalanacağına ümid etdiyini bildirib.

Vəkil hesab edir ki, 4-cü polis şöbəsində xidməti yoxlama aparılmalı və bu yoxlama tək onun başına gələn qanunsuzluq çərçivəsində deyil, daha geniş zaman kəsiyini əhatə etməlidir:

“Vəkillər Kollegiyasının üzvü olduğumu bilə-bilə polis zabitləri məni döyüb, azadlıq hüququmu məhdudlaşdıraraq müvəqqəti saxlama yerinə salmağa cürət edirlərsə, hər hansı bir cinayətdə adı keçən şəxslərə qarşı necə davrandıqları hesab edirəm ki, hamıya aydındır. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç bir şəxs, əgər o cinayətkardırsa belə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bu səbəbdən hesab edirəm ki, obyektivliyə nail olmaq məqsədilə 4-cü polis şöbəsinin ən azı bir illik fəaliyyəti yoxlanılmalı, daha sonra yekun qərar qəbul edilməlidir”.

İyunun 1-də vəkil

Orxan Kəngərli

4-cü polis bölməsində döyülüb, hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə bölmədəki müvəqqəti saxlama yerinə salınıb.

Hadisədən dərhal sonra kollegiyanın sədri Anar Bağırov bildirib ki, istənilən vəkilə qarşı təcavüzü özünə qarşı təcavüz kimi qiymətləndirir:

“Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!"

Ana səhifəXəbərlərDöyülən vəkil polis bölməsinin fəaliyyətinin yoxlanılmasını istəyir