Döyülən taksi sürücüsü saxlanıldı


Novruz bayramı günü döyülən taksi sürücüsü İmran Eldarov  martın 26 -da axşam saatlarında Yasamal rayon 28 polis bölməsinə dəvət olunaraq saxlanılıb.

Polis bölməsinin müstəntiqi Erol Əliyev Meydan TV-yə bildirib ki, martın 20-dən 21-nə  keçən gecə Yasamal rayon ərazisində polisə qarşı xuliqanlıq edən şəxlər barəsində Cinayət Məcəlləsinin 221.2.2  (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Hazırda 3-4 nəfər şübhəli şəxs qismində saxlanılıb, onlardan biridə İmran Eldarovdur.

Döyülən taksi sürücüsü İmran Eldarovun polisə qarşı xuliqanlıq və müqavimət göstərməsi sübüt olunsa, onu iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması gözlənilir.

İmran Eldarov qarşılaşdığı zorakılıqla bağlı Meydan TV ilə yanaşı bir sıra mətbuat orqanlarına danışmışdı.

Ana səhifəVideoDöyülən taksi sürücüsü saxlanıldı