”Dövlətin mənim evimə ehtiyacı varsa…”


“Sovetski”nin son sakinləri bu gün aksiya keçirib

Onlar 1500 manatlıq kompensasiya ilə razılaşmır. Evlərindən məcburi köçməkləri üçün işığın və qazın qəsdən kəsildiyini deyirlər. Bir ocağın istisinə sığınıb, dərdlərindən danışırlar.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

“Sovetski”lilər deyir ki, işləri məhkəmədədir. Məhkəmə qərarı olmadan kommunal ehtiyaclarının kəsilməsi də qanunsuzdur. Onlar ətrafdakı polislərdən də şikayətçidirlər.

Əraziyə gələn Yasamal İcra başçısının müavini Səməd İslamov işığın və qazın tezliklə bəpa olunacağını bildirib.

Aksiyadan əvvəl qazı kəsilən Həcər Məmmmədova isə evdə başqa sürprizlə qarşılaşır. Onun evində artıq işıq da yanmır.

Qaz və işıq problemi həll olunmasa, “sovetski”lilərin burada keçirdikləri son günləri də elə aksiyalarla keçəcək.

Ana səhifəVideo”Dövlətin mənim evimə ehtiyacı varsa…”