“Döyülməkdən ayrıldım. Məni döyməkdən ləzzət alırdı. Döyürdü sevidri sadəcə olaraq. O, hiss eləmidi ki, mən inciyirəm, mənim canımı incidir. Hər şey məhv olurdu”
Səbinə Məmməova 17 yaşında ailə həyatı qurub. Deyir ki, həyat yoldaşı ilə əvvəllər normal münasibətdə olsa da, qız övladlarının dünyaya gəlməsi ilə hər şey dəyişib. Yoldaşı oğlan istədiyini bildirərək ona işgəncələr verməyə başlayıb:
“Dedi ki, mənim övladım deyil, çünki mənim oğlum olmalıdır. İkinci uşağın da qız olduğunu öyrəndikdən sonra məni döyə-döyə onu bətnimdə məhv elətdirdi. Ordan xəstəxanaya getdikdən sonra çıxıb ata evimizə getdim. Amma burda da ayrıldığıma görə məni qəbul etmədilər”
Qadın sığınacaq mərkəzlərinin yaradılması niyə gecikir ?
Qadınlara qarşı zorakılıq cəmiyyətin problemidi. Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, ölkədə Səbinə Məmmədova kimi insanların sayı durmadan artır. Məişət zorakalığı qurbanları üçün hələ 2010-cu ildən sığınacaq mərkəzlərinin fəaliyyəti ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq, bu, sadəcə kağız üzərində qalır. Aynur Veysəlova deyir ki, əvvəl bu məsələ ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi işlər aparsa da, hazırda Nazirlər Kabinetinin qərarı ilə mərkəzlərin fəaliyyəti ilə bağlı məsələlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
“Orada xüsusi komissiya yaradılıb, tender keçirilib. 7 təşkilat artıq bu fəaliyyətə başlayıb…”
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, qeyri-hökumət təşkilatlarının nəzdində qadın sığınacaqlarının fəaliyyət göstərməsi çətin məsələdir. Onun fikrincə, bu mərkəzlər dövlət tərəfindən açılmalıdır və hələ də açılmamasına səbəb, bunun adiyatı qururmların marağında olmamasıdır. «İstəsələr belə, bir vacib sığınacağı yaxın gələcəkdə istifadəyə verə bilərlər, deyə Mətanət Əzizova vurğulayır. Sığınacaq mərkəzləri ilə bağlı elan eilən tenderin qalibi olan təşkilatlardan biri- İnsan haqları üzrə Maarifləndirmə İB-nin sədri İradə Cavadova deyir ki, mərkəzlərin açılmasının hansı səbəbədən gecikməsi bu günə kimi gizli qalır:
“Təbii ki, krizis mərkəzlərinin açılması müəyyən qədər vəsait tələb edir. Ola bilər ki onun üçün bir fond ayrıla bilərdi. 3 ildən çoxdur biz bunun gözləyiik. Güman edirik ki, hansısa krizis mərkəzi açılacaq. Bunu tək QHT-lərin üzərinə atmaq düzgün deyil. 2011-ci ildə sərəncam verilməmişdi ki krizis mərkəzləri açılacaq və QHT-lərə veriləcək. Problem deyil, açsınlar versinlər QHT lərər. QHT lər həmin yerdə fəaliyyətini davam etdirsin. O daha gözəl olar. QHT öz vəsaiti hesabına o evi saxlaya bilməz. Onun üçün maliyə lazımdır”.
QHT rəhbərləri hazırda ölkədə onların fəaliyyətinə edilən maneeələri də əsas gətirərək bildirirlər ki, onların heç birində bu tip mərkəzlərin saxlanılması üçün vəsait yoxdur. Çünki Beynəlxalq donorların Azərbaycandan getməsi, ölkədə qrantların qeydə alınmaması bu işi də reallaşdırmağa imkan verməyəcək.
“Xeyli problemlər mövcuddur. O zaman sual yaranr. O QHT lərə ki akreditasiya verilib onlar kimin maliyyə vəsaiti hesabına işləyəcək? Bu necə olacaq. Əgər bu mərkəzlərin açılması gündəmdə deyilsə onda dövlət bir fond ayırmalıdır və o insanlara həmin fond vasitəsilə yardım etməlidir”.
Ölkədə xeyli sayda qadın təşkilatı, bu problemlə məşğul olan dövlət qurumu var. Bu qurumların hər biri məişət zorakılığına məruz qalan qadınların sayının getdikcə artdığını deyir. Lakin nədənsə bu halların statistikasını aparan yoxdur. Heç bir təşkilat il ərzində -nə qədər qadının işgəncəyə məruz qaldığını təsdiqləyən rəqəm açıqlamır. Baxmayaraq ki, elə bu rəqəmlər sığınacaqların açılması işini sürətləndirə, problemin həllinə zəmin yarada bilər…