“Dövlət real sektora investisiya qoymamalıdır”

“Hökumət vaxtında enerji, qaz və su paylaşdırıcı şəbəkləri özəl sektorun uzunmüddətli idarəçiliyinə versəydi, son 10 ildə kommunal və enerji sektoruna yönəldilən 15 milyard dollara yaxın vəsaitin ən azı 10 milyard dolları hökumət təhsilin, səhiyənin inkişafına yönəldərdi”

Source:


“Hökumət vaxtında enerji, qaz və su paylaşdırıcı şəbəkləri özəl sektorun uzunmüddətli idarəçiliyinə versəydi, son 10 ildə kommunal və enerji sektoruna yönəldilən 15 milyard dollara yaxın vəsaitin ən azı 10 milyard dolları hökumət təhsilin, səhiyənin inkişafına yönəldərdi”

Bu il Azərbaycan hökuməti ölkənin qərbində metallurgiya kompleksinin yaradılmasına investisiya qoyacaq. Lakin ekspertlər hesab edirlər ki, sahibkarlığın digər sahələrində olduğu kimi, sahibkarlıq mühitində dövlətin rolu yalnız dövlət-özəl sektor tərəfdaşlığı formatı ilə kifayətlənməlidir.

Yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında prezident İlham Əliyev deyib ki, bu məsələ Dövlət İnvestisiya Proqramında öz əksini tapıb. “Bu il biz böyük metallurgiya kompleksinin tikintisini gözləyiik. Bu layihə böyük dövlət vəsaiti tələb edir. Baxmayaraq ki, hazırda gəlirlərimiz azalır, hesab edirəm ki, bu layihə bizim iqtisadiyyatın inkişafı üçün prioritetdir”, – o vurğulayıb.

İqtisadçı Rövşən Ağayev istər sənaye, istər kommunal, istərsə də turizm sektorunda  hər hansı kommersiya layihəsinə dövlət tərəfindən vəsait qoyulmasını düzgün hesab etmir.

“Hökumət müxtəlif investisiya fondlarının yaradılmasında iştirak edə, həmin fondların vəsaiti ilə müxtəlif sahələrin və müəssisələrin inkişafına sərmayələr yönəldə bilər. Dövlətin maksimum 25-30 faiz payla iştirak etdiyi biznes layihələrinə özəl sektor sərmayələrin 70-75 faizini can-başla yatırar. Hökumət vaxtında enerji, qaz və su paylaşdırıcı şəbəkləri özəl sektorun uzunmüddətli idarəçiliyinə versəydi, son 10 ildə kommunal və enerji sektoruna yönəldilən 15 milyard dollara yaxın vəsaitin ən azı 10 milyard dolları hökumət təhsilin, səhiyənin inkişafına yönəldərdi. Turizm sektoruna, metallurgiyaya özəl sektoru buraxmayıb hökumətin milyardlarla dollarla sərmayə yatırması son dərəcə qeyri-effektiv addımdır. Özəl sektorun bir üstünlüyü də var ki, onlar bazara və risklərə həssas olduqlarından, layihələrin səmərəliliyini daha yüksək səviyyədə hesablayırlar”, – bildirib.

İqtisadçı Nazim Məmmədov da metallurgiya kompleksinin yaradılmasında dövlətin iştirakını məqbul saymır.

“Mən hələ 2007-də demişəm ki, “dövlət ən pis sahibkardır”, bu komplekslə bağlı da yaradılan zaman demişəm ki, “birincisi yaradılmamalıydı, əgər yaradılıbsa dövlət həmin müəssisələri sağlamlaşdırıb, daha baha qiymətə satmalıdır, yəni özəlləşdirməlidir”.

Onun fikrincə, Daşkəsən dağ-mədən kombinatı özəl əllərə verilə bilər ki, bu da dövlət büdcəsini doldurar.

2013-cü il aprelin 23-də Azərbaycan prezidentinin sərəncamı ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradılıb.

“Daşkəsən mədən-zənginləşdirici kombinatının 97 faizi qurumun strukturuna verilib.

Texniki-iqtisadi əsaslandırmaya görə, 2015-2018-ci illərdə dənəvər, dəmir, polad və polad məhsulları istehsalı üzrə dörd zavod yaradılacaq ki, bu da ümumi məbləği 1,3milyard dollar həcmində idxalı əvəzləyəcək (Turan İA).

Ana səhifəXəbərlər“Dövlət real sektora investisiya qoymamalıdır”