Hərəkat üzvləri 8 il azadlıqdan məhrum edilə bilərlər
Aprelin 17-də dövlət ittihamçısı “NİDA” Vətəndaş Hərəkatının üzvlərinə cəzası istəyib. Meydan TV-nin məhkəmədə olan əməkdaşının verdiyi məlumata görə, prokuror Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məhəmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilən və Ağır Cinayətlər Dair İşlər Üzrə Məhkəmədə mühakimə olunan “NİDA” vətəndaş hərəkatının fəallarının məhkəmə istintaqı yekunlaşıb.
Proses davam edir.