Dövlət Departamentinin rəsmisi Azərbaycanda KİV rəhbərləri ilə görüşüb

Noy Kristal medianın, söz azadlığının vəziyyəti ilə maraqlanıb

Source:


Noy Kristal medianın, söz azadlığının vəziyyəti ilə maraqlanıb

Oktyabrın 21-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə Amerika yardımı üzrə ofisinin Avrasiya şöbəsinin direktor müavini Noy Kristal  Azərbaycan KİV rəhbərlərindən ibarət qrupla görüşüb.

Səfirliyin mətbuat xidmətindən Turan-a bildirilib ki, KİV-in vəziyyəti və problemləri, həmçinin söz azadlığının vəziyyəti müzakirə olunub.

Qeyri-rəsmi məlumatlara görə, Noy Kristal bir sıra rəsmi şəxslərlə görüşlər keçirib.

Bu ilin yayında Azərbaycan hakimiyyəti Amerika və Qərb qrantları üzrə layihələrin reallaşmasının qarşısını alıb. Ötən həftə qanunverici məhdudiyyətlər qəbil edilib. Bu məhdudiyyətlərə görə, xarici donorlardan qrant almaq yalnız Azərbaycan hökumətinin razılığı ilə ola bilər.

Ana səhifəXəbərlərDövlət Departamentinin rəsmisi Azərbaycanda KİV rəhbərləri ilə görüşüb