Dövlət Departamentinin Qənimət Zahid və Emin Milli bəyanatı

“Biz dəfələrdə Azərbaycanın yüksək rütbəli rəsmilərini müstəqil mətbuatı qorumaq barədə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışıq”

Source:


“Biz dəfələrdə Azərbaycanın yüksək rütbəli rəsmilərini müstəqil mətbuatı qorumaq barədə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışıq”

ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi Azərbaycanda jurnalistlərin qohumlarına qarşı təzyiqlər barədə Amerikanın Səsinin sorğusuna cavab olaraq bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

“Biz Azərbaycanda dinc sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalist və sivil cəmiyyət fəallarının həbslərindən dərin narahatlıq keçiririk.  Biz Azərbaycan hökumətinə təkid edirik ki, öz vətəndaşlarının universal hüquqlarına hörmət etsin, vətəndaşların ədalətli mühakimə hüquqlarını təmin etsin və onlara öz baxışlarını sərbəst ifadə etməyə imkan versin.

Azərbaycan öz gələcək sabitliyini və firavanlığını daha açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilər.  Azərbaycan hökuməti ilə sivil cəmiyyət arasında işlək təmaslar ölkənin gələcəyi üçün mühümdür və ABŞ bunu dəstəkləyir.

Biz bu məsələni dəfələrdə Azərbaycanın yüksək rütbəli rəsmiləri ilə qaldırmışıq və onları Azərbaycanın müstəqil mətbuatı qorumaq barədə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışıq.”

Ötən günlərdə “Azərbaycan Saatı” proqramının aparıcısı Qənimət Zahid və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları müxtəlif qeyri-siyasi maddələrlə həbs olunublar.  Cənab Zahid və Milli bu həbsləri özlərinin jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Azərbaycanda müstəqil jurnalistlər və siyasi fəallar mütəmadi qaydada qeyri-siyasi maddələrlə həbs olunurlar.  Bu sırada “narkotik maddə gəzdirmək”, “xuliqanlıq” və “vergidən yayınma” ittihamları geniş yer alır.

Ana səhifəXəbərlərDövlət Departamentinin Qənimət Zahid və Emin Milli bəyanatı