Dövlət Departamenti cavabdan yayınır

Departament AŞPA qətnaməsinin qəbul edilməməsində Nulandın roluna dair suala aydın cavab verməyib

Source:


Departament AŞPA qətnaməsinin qəbul edilməməsində Nulandın roluna dair suala aydın cavab verməyib

ABŞ Dövlət Departamenti Azərbaycan torpaqlarının işğalı ilə bağlı AŞPA qətnaməsinin qəbul edilməməsində dövlət katibinin köməkçisi Viktoriya Nulandın rolu barədə Turan agentliyi və “Amerikanın səsi” radiosunun birgə sorğusuna aydın cavab verməyib.

Sorğu guya Nulandın Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən qətnamənin qəbuluna yol verməməsi ilə bağlı ittihamlarla əlaqədar olub.

Dövlət Departamentinin cavabında deyilir: “ABŞ Azərbaycanın Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, Dağlıq Qarabağa aid olan məsələlərin regional və beynəlxalq təşkilatlarında qaldıra biləcək suveren hüququna hörmətlə yanaşır.

Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər”.

V.Nulandın bu məsələdə iştirakı mövzusu konqresmen Adam Şiffin bəyanatından sonra ortaya çıxıb. Belə ki, Şiffin sözlərinə görə, Nuland Azərbaycan torpaqlarının işğalı ilə bağlı Robert Uolterin qətnaməsinin yolverilməz olduğunu bildirib.

Bunun cavabında Nuland ona bu istiqamətdə “AŞPA ilə işləməyi” vəd edib.

Bundan sonra Azərbaycan XİN bəyan edib ki, Vaşinqtondakı səfirliyə bu məsələni araşdırmağı tapşırıb.

Ana səhifəXəbərlərDövlət Departamenti cavabdan yayınır