Dövlət büdcəsində Xalq Cümhuriyyətinin 100 illik yubileyi üçün vəsait nəzərdə tutulub

Dövlət tədbirlərinin keçirilməsinə 5 milyon manat ayrılması proqnozlaşdırılır

Source:


Dövlət tədbirlərinin keçirilməsinə 5 milyon manat ayrılması proqnozlaşdırılır

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.

Prezident İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında Gürcüstanın paytaxtı Tiflisdə elan olunub. İyunun 16-da AXC Gəncədə fəaliyyət başlayıb. Sentyabrın 15-də Bakı bolşevik-daşnak hərbi birliklərindən təmizlənəndən sonra AXC-nin paytaxtı elan olunub.

AXC-nin ilk baş naziri Fətəli Xan Xoyski, parlament sədri Əlimərdan bəy Topçubaşov olub. Parlamentdə 11 fraksiya fəaliyyət göstərib. Parlamentdə ən iri və aparıcı fraksiya Müsavat idi. 17 aylıq dövrdə parlamentdə müzakirəyə 270-dən çox qanun çıxarılıb, onlardan 230-u qəbul olunub.

Versal Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini 1920-ci ilin yanvarında tanıyıb, aprelin 28-də isə bolşevik Rusiyası respublikanı işğal edib.

Ana səhifəXəbərlərDövlət büdcəsində Xalq Cümhuriyyətinin 100 illik yubileyi üçün vəsait nəzərdə tutulub