”Dövlət başçısı yalan danışmamalıdır, xüsusilə də gənclərin qarşısında”

Ə. Kərimli İlham Əliyevi debata, A. Hacılı isə hakimiyyəti belə danışıqlarla diqqəti yayındırmamağa çağırdı

Source:
İlham Əliyev, Əli Kərimli, Arif Hacılı
İlham Əliyev, Əli Kərimli, Arif Hacılı
İlham Əliyev, Əli Kərimli, Arif Hacılı
İlham Əliyev, Əli Kərimli, Arif Hacılı


Ə. Kərimli İlham Əliyevi debata, A. Hacılı isə hakimiyyəti belə danışıqlarla diqqəti yayındırmamağa çağırdı

AXCP lideri Əli Kərimli öz facebook səhifəsində İlham Əliyevin çıxışına münasibət bildirib:

“Dövlət başçısı yalan danışmamalıdır, xüsusilə də gənclərin qarşısında. Vəziyyəti ağır olanda həmişə belə danışır. Bir dəfə də belə əsassız sözlər, şər-böhtan səsləndirmişdi. Cavabı da sərt olmuşdu. Siz də baxın.”

O, həmçinin AXCP Gənclər Komitəsinin başlatdığı “İlham Əliyev gəncləri başına yığıb nağıl danışana kimi bir dəfə özündə cəsarət tapıb Əli Kərimli ilə debata gəlsin, hər kəsin əyani müqayisə imkanı olsun!” mövzulu debat çağırışına qoşularaq bildirib ki, “Gənclərin bu təşəbbüsünü tam olaraq dəstəkləyirəm. Qorxmasın, gəlsin debata!”

Müsavat Başqanı Arif Hacılı isə İlham Əliyevin çıxışına belə reaksiya verib:

“Hakimiyyət xalqı saldığı böhrandan çıxarsın, diqqəti problemlərdən yayındırmasın”

“Azərbaycan tarixində iki şərəfli hakimiyyət olub, bunlardan biri 1918-20-ci illərdə mövcud olmuş Cümhuriyyət və bir də 1992-93-cü illərdə fəaliyyət göstərmiş Elçibəy hakimiyyətidir”, – Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün bir qrup gənclə görüşündə dövlət başçısı İlham Əliyevin Xalq Cəbhəsi və Müsavat  partiyalarına ünvanladığı ittihamlara cavab olaraq “Turan”a bildirib.

A.Hacılı 1918-20-ci illər Cümhuriyyətinin bu gün də demokratik dövlət kimi nümunə və xalqın tarixinin qürur yeri olduğunu söyləyib.

“Elçibəy hakimiyyəti dövründə milli müstəqillik bərpa edildi, dövlət atributları yaradıldı, idarəetmə sturkturu yaradıldı, torpaqların bir hissəsi azad edildi, əgər indi hakimiyyətdə olanlar və silahlı müxalifət hakimiyyəti devirməsəydi uğurlar davam edəcəkdi”, – A.Hacılı ölkənin faciəsi kimi indiki hakimiyyəti göstərib.

A.Hacılı Azərbaycanda 22 ildir mövcud olan hakimiyyəti bütün dünyanın avtoritar bir hakimiyyət kimi tanıdığını xüsusi vurğulayıb. Bu hakimiyyəti 6 rayonu itirməkdə, ölkəyə daxil olan yüz milyardlarla dolları havaya sovurmaqda, xalqı indiki dərin böhrana soxmaqda ittiham edib. O deyib ki, dövlət başçısı İlham Əliyev 20 il öncəki hakimiyyəti tənqid hədəfinə gətirməklə əslundə diqqəti bugünkü problemlərdən yayındırmaq istəyir. “İndi kimin kim olduğunu hamı bilir, odur ki, hakimiyyət yürütdüyü səhv siyasətin nəticəsi olaraq xalqı saldığı bu böhrandan çıxarmaq üzərində çalışsın, belə danışıqlarla diqqəti mövcud problemlərdən yayındırmasın”, -Müsavat başqanı hakimiyyət tövsiyə edib.



İlham Əliyev 29 yanvar 2016-cı il tarixli çıxışında bunları demişdi:


“AXC və Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla və biabırçılıq idi. 92-ci ildə onlar hakimiyyəti qanunsuz olaraq zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi, ancaq onların məqsədi hakimiyyətə gəlmək idi, nəyin bahasına olursa olsun. Onlar faktiki olaraq Azərbaycanı uçurum kənarına qoymuşdu. Bu adamlar nəinki ölkəni bir kolxozu da idarə edə bilməzdi.”

Ana səhifəXəbərlər”Dövlət başçısı yalan danışmamalıdır, xüsusilə də gənclərin qarşısında”