Yanvarın 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü Məmməd İbrahimə Suraxanı rayon məhkəməsində yenidən hökm oxundu.
Məmməd İbrahim 2015-ci ilin sentyabrın 30-da həbs olunub. O, 221.2.2-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Ötən ilin sentyabrında azadlığa çıxmasına 2 gün qalmış barəsində yenidən cinayət işi açılıb. O, həbs yerində qadağan olunmuş əşya saxlamaqda günahlandırılır.
AXCP funksioneri ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.