Dollarla avronun bahalaşması davam edir

Source:

Bu gün aprelin 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 6-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01 faiz bahalaşaraq 1,0487 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,012 manat və ya 1,05 faiz bahalaşaraq 1,1521 manat olub.

Ana səhifəXəbərlərDollarla avronun bahalaşması davam edir