Dolların satışı 1.80 manata çatdı

Bugün günortadan sonra Bakı şəhərində yerləşən bir çox valyutadəyişmə məntəqələrində dolların qiymətində kəskin artım müşahidə olunub.

Source:


Bugün günortadan sonra Bakı şəhərində yerləşən bir çox valyutadəyişmə məntəqələrində dolların qiymətində kəskin artım müşahidə olunub.

Məlumatı Meydan TV-yə vətəndaşlar məlumat verib. Axşama yaxın valyutadəyişmə məntəqələrində 1.70 azn-dən aşağı satışa rast gəlmədiklərini bildiriblər.

Mərkəzi Bank isə bir neçə saat əvvəl dolların devalyasiyası ilə bağlı xəbərlərin şayiə olduğunu bildirmişdi və belə açıqlama vermişdi:

“Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur. Manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir”.

Ana səhifəXəbərlərDolların satışı 1.80 manata çatdı