Dolların məzənnəsi üç gündür sabit qalır, avro isə ucuzlaşır

Source:

Bu gün aprelin 22-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 23-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən 2 gündə olduğu kimi 1,0506 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0015 manat və ya 0,13 faiz ucuzlaşaraq 1,1252 manat olub.

Ana səhifəXəbərlərDolların məzənnəsi üç gündür sabit qalır, avro isə ucuzlaşır