Aprelin 20-də dollar manata nisbətdə yenidən cüzi ucuzlaşıb. ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1,0504-dən 1,502-yə qədər ucuzlaşıb.
Avronun məzənnəsində isə artım qeydə alınıb.Belə ki, 1 avro 1,1308-dən 1,1333-ə qədər bahalaşıb.
Rusiya rublunun kursunda isə ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0211-dən 0.0202 manata qədər azalıb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.