Dollar bahalaşdı, avro qiymətdən düşdü

Bu gün dekabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb

Source:

Bu gün dekabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0086 manat və ya 0,74% ucuzlaşaraq 1,1477 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi artıq üç gündür ki, 0,0149 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar bahalaşdı, avro qiymətdən düşdü