Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 1,25 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb
Bu gün noyabrın 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi cüzi artıb.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01 faiz artaraq 1,0512 manat olub.
Bu, dolların məzənnəsinin noyabr ayı üzrə ən yüksək göstəricisidir.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0022 manat və ya 0,2 faiz azalaraq 1,1130 manata enib.
Avronun bu günə olan məzənnəsi noyabr ayının ən aşağı göstəricisidir.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 1,25 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.