Dollar a 0,08 faiz bahalaşıb

Source:

Bu gün mayın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08 faiz bahalaşaraq 1,0493 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0159 manat və ya 1,36 faiz ucuzlaşaraq 1,1529 manat olub.

Ana səhifəXəbərlərDollar a 0,08 faiz bahalaşıb