Dollar 2 manata yaxınlaşır

Hərracda 1 dollar 1,9052 manat olub

Source:


Hərracda 1 dollar 1,9052 manat olub

Yanvarın 25-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb.

2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.

Ana səhifəXəbərlərDollar 2 manata yaxınlaşır