Dollar 1.8285 manat oldu

Növbəti ikitərəfli valyuta hərracı keçirilib

Source:


Növbəti ikitərəfli valyuta hərracı keçirilib

Yanvarın 18-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərrac 1 ABŞ dolları üçün 1.8285 manat səviyyəsində formalaşıb.

2016-cı il oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Ötən ilin sentyabrında isə manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmağa başladı.

Ana səhifəXəbərlərDollar 1.8285 manat oldu