Dollar 1.80 manatı ötüb

Noyabrın 30-u rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7318 manata bərabərdir

Source:


Noyabrın 30-u rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7318 manata bərabərdir

Kommersiya banklarında dolların alış və satış qiymətləri yüksəlib. Meydan TV bankların bəziləri ilə əlaqə saxlayıb.

Məlum olub ki, noyabrın 30-u “TuranBank”da dolların alışı 1.80, satışı 1.8010 manatadır. Bankdan bildirilib ki, hazırda satış 100 dollar limitlə həyata keçirilir.

“Unibank”da da dolların alışı 1.80, satışı 1.8010 manat müəyyənləşdirilib.

“Bank of Baku”-da da dolların satış qiyməti 1.8010, alış 1.80 müəyyənləşdirilib. Cədvəldə satış göstərilsə də, bankdan bu gün dollar satmadıqlarını dedilər.

“DəmirBank”-dan isə bildirildi ki, dolların alışı 1.7950 manatdır: “Ancaq satış yoxdur, dayandırılıb”.

Noyabrın 30-u rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7318 manata bərabərdir. Oktyabrın ortalarından manat dollara nisbətən yenidən dəyər itirir.

Ana səhifəXəbərlərDollar 1.80 manatı ötüb